22 Dekabr 2024, Bazar

 

 Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Ətraflı: Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Ətraflı: Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2 fevral – Gənclər Günü ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd edib ki, göstərilən hərtərəfli qayğı nəticəsində bu gün Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ölkəmizin gələcəyinin təminatına çevrilən gənclik formalaşıb, gənclər cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Muxtar respublikada onların potensialından düzgün istifadə olunması, faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştiraklarının gerçəkləşdirilməsi, irəli çəkilməsi, xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır.

Ətraflı: Muxtar respublikanın təhsil müəssisələrində  1293 gənc kadr fəaliyyət göstərir

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsini çap edib.

DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Ətraflı: “Elektron müraciət qaydaları” mövzusunda tədbir

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR