Ordumuzun düşməndən təmizlədiyi ərazilərdə uzun illərdən sonra ilk dəfə Azərbaycan bankının xidmətlərindən istifadə mümkün olub. Azərbaycan Beynəlxalq Bankı Hadrut qəsəbəsində özünün ATM-i quraşdırıb.
Bu barədə Azərbaycan Beynəlxalq Bankından bildiriblər.
Qeyd olunub ki, Hadrut və yaxın ərazilərdə bank xidmətlərinə ehtiyac duyan vətəndaşlarımız bu imkandan faydalana bilərlər:
Əlavə edilib ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək quruculuq-bərpa və əhalinin qayıdışı proqramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı da bu ərazilərdə yeni xidmət ofislərinin açılması, o cümlədən bankın ATM-lərinin quraşdırılması tədbirlərini reallaşdıracaq.