22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyşiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 1.8-ci bəndə “rəyləri əsasında” sözlərindən sonra “hər il aprelin1-dək” sözləri, 3.5-ci bənddə isə “AMEA və Nazirlik tərəfindən müəyyən edilən müddətlərdə hər il” sözləri “hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində” sözləri ilə əvəz edilib.

 

 

 

Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Elnara Dadaşova ali təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələri üçün vebinar keçib. Bəstəkarlıq sənəti, yeni üslub və cərəyanlar haqda danışan Elnara Dadaşova eyni zamanda canlı ünsiyyətdə olduğu görkəmli Azərbaycan bəstəkarları, xüsusilə də bəstəkarlıq sinfində təhsil aldığı müəllimi Qara Qarayevlə bağlı  xatirələrini bölüşüb. Professor müəllim və tələbələrə musiqi əsərlərinin təhlili və solfecio fənninin tədrisinə gətirdiyi yeniliklərdən bəhs edib və bəzi metidik göstərişlər verib. Elnara Dadaşova bəstəkar Qara Qarayevin preludunu ifa edərək əsəri təhlil edib.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

 

 

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

 

 

 

 

 

 

Xüsusi çubuqların vasitəsilə qolların və ayaqların tam hərəkətinə imkan verən skandinav yürüşü idman növü bütün dünyada sürətlə yayılır. Hərəkət zamanı bədən əzələlərinin 90 faizinin işlək vəziyyətdə olması, onu digər idman növlərindən (qaçış, velosiped, üzgüçülük və sair) əhəmiyyətli dərəcədə fərqləndirir və orqanizmin daha çox kalori yandırmasına səbəb olur. Heç bir yaş məhdudiyyəti qoyulmadan hər kəsin açıq hava şəraitində məşğul ola biləcəyi skandinav yürüşü, həm də pandemiya dövründə dünya ölkələrində ən çox təşkil edilən onlayn yarışları ilə diqqət çəkir. Artıq iki ilə yaxındır, bu idman növü üzrə davamlı məşğul olan naxçıvanlı yeniyetmələr – 16 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elşad Həsənli və həmin məktəbin 7-ci sinif şagirdi Vəli Həsənov növbəti dəfə skandinav yürüşü üzrə beynəlxalq yarışda iştirak edərək III yerə layiq görülüblər.

Ətraflı: Naxçıvanlı yeniyetmələr beynəlxalq marafonda  III yerin qalibi olublar

 

 

 

        

         Ali təhsil ocağının İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi - bədii tədbir keçirilib. Tədbirdə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirilib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq nümayiş etdirməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidir.

          Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şair haqda məlumat verərək qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı olub. O, həmçinin, dünya dinlərinə bələd olduğu üçün Şeyx adlandırılıb, dünyəvi elmlərə ustalıqla  yiyələnib. Qeyd edilib ki, əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, həmçinin, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsimizdən bəhrələnməyə çağırıb.

          Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərindən hazırladığı bədii qiraət nümunələrindən hazırladıqları videoçarx nümayiş olunub.

          Sonda xarici tələbələr Nizami Gəncəvinin şeir, qəzəllərini bədii qiraət edib, şairin poemalardan hissələri səhnələşdiriblər.

Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR