Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, əməkdaşlığımızın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.