Martın 19-na keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu, Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir. Dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Həmçinin martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.