Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriSerxio Osvaldo Perez Qunellailə görüşmüşdür.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs etmiş,Ermənistanın işğalçılıq siyasəti nəticəsində NaxçıvanMuxtar Respublikasınınblokada şəraitində yaşadığını bildirmişdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi səhəsində görülən işləridiqqətə çatdıranAli Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Argentina arasında əlaqələrin, xüsusilə də universitetlərarası əməkdaşlığın inkişafı üçün potensialın olduğunu vurğulamışdır.
Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edənSerxio Osvaldo Perez QunellaNaxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir.Muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayan diplomat əcnəbilər üçün Naxçıvanın olduqca cəlbedici olduğunu və muxtar respublikanın inkişafının bir çox sahədə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti