22 Dekabr 2024, Bazar

Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşmüşdür.

 

Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərdən bəhs etmiş, ölkələrimiz arasında əlaqələrin inkişafında İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyətini vurğulamışdır. Muxtar respublikanın uzun illər blokada şəraitində yaşadığını bildirən Ali Məclisin Sədri kommunikasiyaların bərpasından sonra əlaqələrin müxtəlif sahələrdə - təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi istiqamətində genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Corc Dik Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətinə toxunmuşdur. Azərbaycandakı multikultural və tolerant mühitdən bəhs edən diplomat əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini bildirmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR