23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2016-cı ilin yanvar-fevral aylarında 316 milyon 881 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 712,4 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 161 milyon 350 min 600 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 1,7 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-fevral ayları ərzində muxtar respublikada əsas kapitala 96 milyon 320 min 400 manat həcmində investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 89 milyon 542 min 900 manatı və ya 93 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 

* * *

2016-cı ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8 milyon 565 min manata yaxın olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 7 milyon 102 min manat olmaqla bir il öncəki göstəricini 1,8 faiz üstələmişdir.

* * *

Qeyd olunan dövrdə 13 milyon 307 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,7 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 3,3 min ton ət, 4,8 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,3 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 239 milyon 345 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,3 faiz yüksələrək 538,1 manat təşkil etmişdir.

* * *

2016-cı ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 399,7 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 mart 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 53677-yə çatmışdır ki, bunun da 50540-ı və ya 94,2 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-fevral aylarında açılmış 4838 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Muxtar respublikada POS-terminalların sayı 1 mart 2016-cı il tarixə 1099-a çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, cari ilin yanvar-fevral aylarında muxtar respublikada 39801,8 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 0,4 faiz artaraq 36300,8 min Amerika Birləşmiş Ştatları dolları, idxalın həcmi isə 34,3 faiz azalaraq 3501 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 33 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 5525,8 min manat məbləğində kreditlər verilmişdir.

* * *

Bu dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 792,6 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.

* * *

2016-cı ilin yanvar-fevral aylarında muxtar respublikaya 41 min 825 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz və ya 1349 nəfər çoxdur.

* * *

1 fevral 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4665 nəfər və ya 1,1 faiz artaraq 444 min 766 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR