23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada rabitə sisteminin müasir standartlara uyğunlaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə, internet, poçt və teleradio xidmətlərinin göstərilməsi 2016-cı ilin fevral ayında da davam etdirilmişdir. Belə ki, ötən ay 5 baza stansiyası qurulmuş və 4-cü nəsil “Naxtel” baza stansiyalarının sayı 90-a çatdırılmışdır. 

Yaşayış məntəqələrində sabit telefon və internet xidmətinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Artan tələbata uyğun olaraq, Babək rayonunun Nehrəm kəndində 384, Xal-xal kəndində 176, Ordubad rayonunun Kotam kəndində isə 96 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyaları quraşdırılmışdır. Ümumiyyətlə, ötən ay 57-si simsiz olmaqla, 248 yeni telefon nömrəsi istismara verilmişdir. Həmçinin bu dövrdə 1350 metr fiber-optik xətt çəkilmişdir. Ötən ay internet istifadəçilərinin də sayı artmış, 545 abunəçi internetlə təmin olunmuşdur.

Muxtar respublikanın poçt xidməti də günün tələblərinə uyğun qurulur, elektron xidmətlər insanların rahatlığını təmin edir. Fevral ayında Şərur rayonunun Oğlanqala və Şahbuz rayonunun Daylaqlı kənd­lərində istifadəyə verilən rabitə evlərində lazımi avadanlıqlar quraşdırılaraq müasir poçt xidməti yaradılmışdır. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılmışdır. Sistemə qoşulmuş bank-maliyyə və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması təmin edilmişdir. Bu dövrdə kadr hazırlığı da diqqətdə saxlanılmış, kompüter kurslarına 4 ümumi və 22 fərdi qrupun tərkibində 51 dinləyici cəlb olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR