23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada nəqliyyat sahəsində işlər günün tələblərinə uyğun qurulur. 2016-cı ilin fevral ayında bu sahədə mühüm işlər görülmüş, əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsi yüksəldilmişdir.
Muxtar respublikada nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yüksək standartlara cavab verən avtobusların alınıb gətirilməsi bu sahədə sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına şərait yaratmışdır. Ötən ay İran İslam Respublikası ərazisindən keçərək Bakıya və əks istiqamətə hərəkət edən marşrutların da fəaliyyəti diqqət mərkəzində saxlanılmış, 63 reys vasitəsilə 1668 nəfər Naxçıvan-Bakı, 1937 nəfər isə Bakı-Naxçıvan istiqamətində daşınmışdır.
Ötən ay daxili sərnişindaşımalarının da fasiləsiz fəaliyyəti təmin edilmiş, 138 marşrut xəttində fəaliyyətdə olan 303 avtobus, həmçinin 487 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına avtonəqliyyat xidməti göstərilmişdir. Payız-qış mövsümündə problemlərin yaranmaması məqsədilə verilən tapşırıqların icrası fevral ayında da uğurla yerinə yetirilmiş, avtovağzalların fəaliyyəti daim nəzarətdə saxlanılmış, marşruta buraxılan nəqliyyat vasitələrinin texniki sazlığına diqqət artırılmışdır. Şəhərdaxili və rayonlararası fəaliyyət göstərən avtobuslara gündəlik texniki baxış keçirilmiş, nasaz hissələri təmir edilmişdir. Həmçinin beynəlxalq sərnişindaşımalarda istifadə olunan avtobuslarda təhlükəsizlik tədbirləri gücləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR