23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüş, bütün yaşayış məntəqələri qazlaşdırılmışdır. Məskunlaşmanın artması, yeni istehsal və xidmət sahələrinin yaradılması təbii qaz istifadəçilərinin sayının da artmasına səbəb olur. 2016-cı ilin fevral ayında daxil olan müraciətlər əsasında 185-i əhali, 9-u qeyri-əhali olmaqla, 194 mənzil, fərdi ev və digər müxtəlif təyinatlı obyektə yeni qaz xətləri çəkilmişdir.
Qış mövsümündə təbii qaza olan tələbatın artması qaz nəqli sisteminin daha artıq yüklənməsinə və gərgin işləməsinə səbəb olur. Buna görə də abonentlərin dayanıqlı mavi yanacaqla təmin olunması üçün müvafiq tədbirlər görülmüş, mövcud xətlərdə təmir-bərpa işləri aparılmış, təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Ay ərzində bütün sistem boyu qaz kəmərlərinə texniki baxış keçirilmiş, fərdi evlərin, ictimai yaşayış binalarının və istehsal sahələrinin daxili qaz xətlərinə və avadanlıqlarına nəzarət edilmişdir. Həmçinin ay ərzində istehlakçılar tərəfindən qəza dispetçer xidmətlərinə daxil olan çağırışlara uyğun tədbirlər görülmüş, qaz təsərrüfatı şəbəkələrində sızmalar aşkarlanaraq aradan qaldırılmışdır.
İstehlakçıların təhlükəsizlik təlimatlarına riayət etməsinə nəzarət məqsədilə reydlər ötən ay da davam etdirilmiş, əhali arasında müvafiq maarifləndirmə və izahat işinin təşkili diqqət mərkəzində saxlanılmışdır. Reydlər zamanı ortaya çıxan nöqsanlar aradan qaldırılmış, sayğaclara və qaz xətlərinə kənar müdaxilələrlə bağlı müvafiq inzibati tədbirlər görülmüş, yararsız sayğaclar yenisi ilə əvəz edilmişdir. Həmçinin Naxçıvan şəhərində 193 ədəd yeni smartkarttipli sayğac quraşdırılmışdır.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR