23 Dekabr 2024, Bazar ertəsi

2015-ci ildə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti  8 min 339 ton 700 kiloqram məhsul istehsal edib. Həmin məhsulun 5 min 736,7 tonu daş, 2 min 603 tonu isə narın duz olub. Bəhs olunan dövrdə, ümumilikdə, 4 min 917,4 ton duzun satışı həyata keçirilib. Bunun 2 min 755 tonunu narın, 2 min 162 tonunu daşduz təşkil edib. Bu ilin ötən dövründə isə müəssisədə 673 kiloqram məhsul istehsal edilib. Bunun 500 kiloqramı daş, 173 kiloqramı narın duz olub. 

Cəmiyyətin direktoru Anar Əsədullayevin bildirdiyinə görə, gündəlik istehsal gücü 40-45 ton daş, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullardan məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Yodlaşdırılmış duz həm nəfis tərtibatla bəzədilmiş 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. 68 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur.

Xatırladaq ki, müəssisədə laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir. İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə duz yeraltı partlayış üsulu ilə əsas kütlədən ayrılıb kiçik vaqonlara yüklənərək yerüstü sahəyə daşınır. Daşduz yerüstü sahədə çeşidləndikdən sonra emal sahələrinə gətirilir. Daşduz birinci sexdə 2 mərhələdə müxtəlif avadanlıqlarda əzilərək üyüdülüb hər ton duzun tərkibinə 85 qram yod əlavə edilməklə elevatorla ikinci sexə ötürülür. Burada isə ələkdən keçirildikdən sonra paketlənir. İstehsal olunan məhsulun taraları üzərində yod çatışmazlığının fəsadları ilə əlaqədar məlumat, duzun tərkibi, istehsal tarixi və yararlılıq müddəti göstərilir. “Naxçıvan Duz İstehsalı” MMC-də 2001-ci ildə 2300, 2014-cü ildə 6200 ton duz istehsal edilmişdi. Bu da onu göstərir ki, müəssisədə 2001-ci illə müqayisədə 6 min 39,7 ton, 2014-cü illə müqayisədə isə 2 min 139,7 ton çox duz istehsal olunub. 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR