Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter alması regionumuza digər yerlərdən daxil olan, baha qiymətə başa gələn, mənşəyi bilinməyən məhsulların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Ayrı-ayrı vaxtlarda qəbul edilmiş bəzi dövlət proqramları da bu məqsədə xidmət edir. Kartofçuluğun, meyvə və tərəvəzçiliyin inkişafı ilə bağlı icrası müvəffəqiyyətlə başa çatan dövlət proqramları bu sahədə xeyli uğurlar qazanılmasına stimul olub. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi dövründə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində muxtar respublikanın iqlim-torpaq şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik meyvə sortlarının genetik fondu toplanılıb, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun genofond bağına yeni sortlar gətirilərək əkilib.
Meyvəçiliyin inkişafına maliyyə dəstəyi davam etdirilərək Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən bağçılığın inkişafı məqsədilə 63 layihə üzrə 1 milyon 363 min manatdan çox kredit verilib.
Muxtar respublikanın torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət tingçilik sahələri yaradılıb, proqramın icrası dövründə muxtar respublika üzrə 751 hektar ərazidə 660 minə yaxın ting əkilib.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində də xeyli iş görülüb, bu sahə ilə məşğul olanlara 3 milyon 840 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Hazırda muxtar respublikada ümumi sahəsi 100 min kvadratmetrə yaxın olan istixana kompleksləri əhalinin tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.
Bəhs olunan dövrdə meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılması da diqqət mərkəzində saxlanılıb, dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 12730 ton olan 22 soyuducu anbar istifadəyə verilib.
Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bundan əvvəlki proqramda nəzərdə tutulmuş vəzifələrin daha geniş həcmdə yerinə yetirilməsinə imkan verəcək.
Sərəncamda qeyd olunur ki, yeni qəbul edilən dövlət proqramının əsas məqsədi muxtar respublikanın meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, kənardan gətirilən sort meyvə tinglərinin, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılması, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, kənd əhalisinin məşğulluğunun artırılması, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.
Proqramda vəzifələr də müəyyənləşdirilib. Belə ki, meyvəçilik və tərəvəzçilik sahəsində ixtisaslaşmış təsərrüfatların və ölkələrin təcrübəsinin öyrənilməsi, intensiv inkişaf modelindən istifadə etməklə meyvə və tərəvəz istehsalının həcminin artırılması, muxtar respublikada meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bundan başqa, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik meyvə tinglərinin və tərəvəz toxumlarının yetişdirilməsi, anbar şəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsi, unudulmuş yerli meyvə-tərəvəz sortlarının bərpa edilməsi, yeni bazarların öyrənilməsi və istehsal olunan meyvə-tərəvəzin ixracının təmin olunması da diqqət mərkəzində saxlanılacaq. Həmçinin texniki servis xidməti, xəstəlik və ziyanvericilərə qarşı mübarizə vasitələri, eləcə də üzvi və mineral gübrələrlə təchizat sahəsində tədbirlərin genişləndirilməsi, yabanı meyvə bitkilərinin emalı sahələrinin yaradılması və bununla da, kənd əhalisinin məşğulluğunun təmin olunması yerinə yetiriləcək vəzifələr sırasındadır.
Proqramın icrasından gözlənilən nəticələr isə ondan ibarətdir ki, muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsi yerli istehsal hesabına təmin edilsin və tələbatdan artıq mövsümi məhsulların ixracına nail olunsun. Meyvə istehsalının həcmi 62, üzüm istehsalının həcmi 20 min tona çatdırılsın. Əhalinin məşğulluğu artırılsın və kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına nail olunsun.
Proqramın yerinə yetirilməsində müxtəlif aidiyyəti qurumlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri qarşısında da mühüm vəzifələr qoyulub. Bu günlərdə həmin nazirliklərlə əlaqə saxladıq. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, nazirlik tərəfindən proqramın icrası ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, yerlərdə torpaq mülkiyyətçiləri, sahibkarlarla maarifləndirici tədbirlərin, səyyar müşavirələrin keçirilməsi nəzərdə tutulub. Belə tədbir və müşavirələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara metodik köməkliklər göstəriləcək, müxtəlif bitkilərin elmi əsaslarla əkilib-becərilməsi üçün onlara bukletlər paylanacaq. Təcrübədə sınaqdan çıxmış qədim əkinçilik üsullarının müasir texnologiyalarla uzlaşdırılması, əkin sahələrində təcrübi yolla bu üsulların öyrədilməsi həyata keçiriləcək.
Nazirlik tərəfindən meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaq. Kənd təsərrüfatı məhsullarının istehsalında üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarət gücləndiriləcək. Kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili davam etdiriləcək, ixtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılmasına və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyi göstəriləcək. Sığorta bazarında kənd təsərrüfatının xüsusi çəkisinin artırılması istiqamətində maarifləndirici tədbirlər davam etdiriləcək. Rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində meyvəqurutma istehsalı sahələrinin yaradılması təmin olunacaq.
İqtisadiyyat Nazirliyindən bildirdilər ki, proqramın icrası istiqamətində kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əkin sahələrinin genişləndirilməsi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünün təşviqi və yeni anbarların yaradılması, dахili bаzаrdа idхаl məhsullаrının kеyfiyyətinə nəzаrət daha da gücləndiriləcək.
Üzərində istеhsаl və sоn istifаdə müddəti, istehsalçısı və məhsulun tərkibi haqqında başa düşülə bilən dildə dolğun məlumat olmayan məhsullаrın gətirilmə istiqаmətlərinin müəyyənləşdirilməsi və qаrşısının аlınmаsı, gömrük-kеçid məntəqələrində idхаl еdilən tеz хаrаb оlаn ərzаq məhsullаrının dаşınmаsı və sахlаnmаsı zаmаnı nоrmаtiv-tехniki sənədlərin tələblərinə uyğunluğuna nəzarətin həyаtа kеçirilməsi məqsədilə idxal olunan meyvə-tərəvəz məhsullarından və konservləşdirilmiş meyvə-tərəvəzlərdən orta nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin beynəlxalq akkreditasiyadan keçirilmiş laboratoriyasında analiz ediləcək.
Məhsul istеhsalçılarına lazımi şəraitin yaradılması, həmçinin yеrli sənaye müəssisələri və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istеhsal olunan məhsulların bazar qiymətlərinə nəzarət olunması, iхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması məqsədilə meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi sahəsində araşdırmalar aparılacaq. İqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin maliyyələşdirilməsi, meyvə-tərəvəz məhsullarının ixrac qabiliyyətinin artırılması məqsədilə sahibkarlıq subyektləri ilə birgə variantlar araşdırılacaq.
Muxtar respublikada yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının yaradılması məqsədilə iqtisadi əsaslandırılmış yeni layihələrin hazırlanması, sahibkarlara təqdimatının keçirilməsi, üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə maarifləndirmə işlərinin aparılması, iqtisadi əsaslandırılmış layihələrə dövlət maliyyə dəstəyinin göstərilməsi, o cümlədən üzümçülük sahələrinə yerli, eləcə də xarici kapitalın cəlb olunması, meyvəqurutma istehsalı sahəsinin yaradılması məqsədilə müasir texnоlоgiyalar ilə təchiz edilmiş və iqtisadi əsaslandırılmış yeni layihələr hazırlanacaq. Müraciət edən sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdiriləcək.
Muxtar Məmmədov