Muxtar respublikada 2016-cı ilin yanvar ayında 149 milyon 359 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 335,9 manata çatmışdır.
* * *
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 86 milyon 282 min 800 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 1,8 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar ayı ərzində muxtar respublikada əsas kapitala 46 milyon 901 min 500 manat həcmdə investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 44 milyon 218 min 100 manatı və ya 94,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2016-cı ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 650 min manata yaxın olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 901 min manat olmaqla bir il öncəki göstəricini 1,9 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar ayı ərzində 6 milyon 954 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 1,7 min ton ət, 1,9 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz artmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 102 milyon 259 min manat, onun hər bir nəfərə düşən həcmi isə 0,3 faiz yüksələrək 230 manat təşkil etmişdir.
* * *
2015-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 399,5 manat təşkil etmiş və bu göstərici əvvəlki illə müqayisədə 2,1 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 fevral 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 53204-ə çatmışdır ki, bunun da 50170-i və ya 94,3 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar ayında açılmış 209 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Muxtar respublikada POS-terminalların sayı 1 fevral 2016-cı il tarixə 1069-a çatdırılmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır. Cari ilin yanvar ayında muxtar respublikada 25299,8 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,2 faiz artaraq 23596,2 min Amerika Birləşmiş Ştatları dolları, idxalın həcmi isə 41,3 faiz azalaraq 1703,6 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 22 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2439 min manat məbləğində kreditlər verilmişdir.
* * *
2016-cı ilin yanvar ayında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 329,8 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 min manat və ya 1,5 faiz çoxdur.
* * *
Bu ilin yanvar ayında muxtar respublikaya 15 min 231 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur.
* * *
1 yanvar 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4641 nəfər və ya 1,1 faiz artaraq 444423 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti