23 Dekabr 2024, Bazar ertəsi

Babək rayonunun Yarımca kəndinə yeni sosial obyektlərin – kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzinin inşa edilməsi, məktəb binasında əsaslı təmir işlərinin aparılması nəticəsində bu yaşayış məntəqəsi müasir görkəmə qovuşub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin tikintisini həyata keçirdiyi kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzində artıq işlər başa çatdırılıb.
Həkim ambulatoriyası iki mərtəbədən ibarətdir. Ambulatoriya kənddə nümunəvi tibbi xidmətin təşkilinə imkan verəcək.
Kənd mərkəzinin binası isə 3 mərtəbəlidir. Binada icra nümayəndəliyi, bələdiyyə və digər qurumlar üçün müasir iş şəraiti yaradılıb.
Kənddə inşa edilən xidmət mərkəzinin binasında da işlər yekunlaşıb. Binanın ətrafında abadlıq işləri aparılıb, işıqlandırma sistemləri quraşdırılıb. Xidmət mərkəzində ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərəcək.
Yarımcada görülən işlər bununla məhdudlaşmır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Yarımca kəndindəki məktəb binasında əsaslı təmir işləri həyata keçirilib. Məktəb binasının arxa tərəfində qazanxana və bufet üçün yeni bina inşa edilib. Məktəbin həyətində genişmiqyaslı abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri quraşdırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR