23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, cəmiyyətin Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalında, Yol Sahəsinin inzibati binasında, İdarəetmə Mərkəzində, Yol Sahəsinin yardımçı binalarında, yük anbarlarında, eləcə də onları əhatə edən ərazidə, sərnişin və yük platformalarında kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.
Cəmiyyətdən qəzetimizə verilən məlumatda o da bildirilib ki, vağzalda əsas tikinti işləri başa çatdırılıb, binaların çardağı qurulub, pəncərələr salınıb, tikililərin fasadına suvaq çəkilib.
Xatırladaq ki, son illərdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası gücləndirilib, dəmir yolu nəqliyyatı sistemi müasir tələblər səviyyəsində qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı”nın uğurlu icrası bu sahənin hərtərəfli inkişafını təmin edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR