22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları bölgədə həyata keçirilən tikinti-quruculuq tədbirlərində fəallıq göstərirlər.
Hər il rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə yeni obyekt inşa olunaraq təhvil verilir. Cari ildə də idarənin inşaatçıları bir sıra quruculuq tədbirləri ilə məşğuldurlar. Belə tədbirlərdən rayonun Gilançay kəndinə də pay düşüb. Hazırda adıçəkilən idarənin inşaatçıları kənddə tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binaların tikintisini aparırlar. Kənd tam orta məktəbinin binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. 96 şagird yerlik məktəb binasında müəllim və şagirdlərin ixtiyarına laboratoriyalar, sinif otaqları, idman zalı, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər veriləcək. Tədrisin səviyyəsini yüksəltmək üçün məktəb binası müasir tədris avadanlıqları ilə təmin ediləcək.
Adıçəkilən təşkilatın bir qrup inşaatçısı isə kənd mərkəzinin tikintisində çalışır. Gilançay sakinlərinə yeni qayğının ifadəsi olan bu obyekt 2 mərtəbədən ibarət olacaq. Mərkəzdə kənddə fəaliyyət göstərən qurumlar üçün hərtərəfli şərait yaradılacaq.

Bərbərxananın, gözəllik salonunun, ərzaq və təsərrüfat malları mağazalarının, həmçinin ət satışı dükanının fəaliyyət göstərəcəyi xidmət mərkəzinin tikilməsi də kənd sakinlərinə dövlət qayğısının ifadəsidir.
Hər üç obyektdə çalışanlara hərtərəfli şərait yaradılıb, sürətli iş ahəngi təmin olunub. İnşaatçılar yaradılan şəraitdən səmərəli istifadə edir, keyfiyyət amilini diqqət mərkəzində saxlayır, öhdələrinə götürdükləri kompleks quruculuq işlərini vaxtında başa çatdırmaq üçün səylərini əsirgəmirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR