22 Dekabr 2024, Bazar

Ölkəmizin ixrac potensialının artırılmasında muxtar respublikamızın da payı az deyildir. Naxçıvanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları xarici bazarlarda özünə yer tapdıqca bu potensial daha da artmaqdadır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin yanvar-may ayları ərzində muxtar respublikamızın xarici ticarət dövriyyəsində ixracın payının artımı qorunub saxlanılmışdır. Belə ki, bu müddətdə muxtar respublikada ümumi dəyəri 141 milyon 845 min ABŞ dolları həcmində olan xarici ticarət dövriyyəsinin 122 milyon 829 min manatını ixrac təşkil etmişdir. İxracın artması valyuta daxilolmalarının artmasına və ixrac edilən məhsulların dünya standartları səviyyəsinə çatdırılmasına imkan verir. Muxtar respublikada ixracın həcmi idxalı 6 dəfədən çox üstələməkdədir. Bu da, öz növbəsində, xarici ticarət balansında müsbət saldonun saxlanılmasına imkan yaradır. Belə ki, son bir ildə muxtar respublikada yerli istehsalın stimullaşdırılması və idxaləvəzləyici məhsul istehsalının artırılması sayəsində idxalın həcmində də azalma müşahidə olunaraq 19 milyon 15 min ABŞ dolları səviyyəsində olmuşdur. Bu da, öz növbəsində, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz azalma deməkdir. Muxtar respublikada ixracın səviyyəsindəki artım iqtisadiyyatın şaxələndirilməsi və yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilmiş işlərin nəticəsində əldə olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR