Muxtar respublikamızda bank sektorunun fəaliyyəti genişləndikcə əhalinin bank xidmətlərinə olan marağı da artır. Bu gün banklarda müştəri hesablarının sayının günbəgün artması da məhz əhali və bankların etibarlı partnyorluğuna əsaslanır. Müştərilərin sayının artmasına səbəb olan amillərdən ən əsası isə onlara göstərilən xidmətlərin keyfiyyətinin ilbəil daha müasir standartlara cavab verməsidir.
2015-ci ilin 1 iyun tarixinə 2288 hüquqi, 41457 fiziki şəxs olmaqla, 43745 müştəriyə xidmət göstərilib. Onlardan 9639 nəfəri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmət olunan bank hesablarında 15474 ədəd artım müşahidə edilib. Xidmət olunan hesabların 40154-ü işlək hesab olub. Onların 1358-i hüquqi, 38796-sı isə fiziki şəxslərdir. 2015-ci ilin ilk beş ayı ərzində açılmış bank hesablarının sayı isə 5493 ədəd təşkil edib ki, onların 41-i hüquqi, 5452-si isə fiziki şəxslərdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsinin mətbuat xidməti