22 Dekabr 2024, Bazar

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələri həyata vəsiqə alır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə verilən məlumata görə, cari ilin ötən 5 ayında da bu istiqamətdə işlər uğurla davam etdirilib, Sahibkarlığa Kömək Fondunun və sahibkarların şəxsi vəsaiti hesabına qidayönümlü 13 istehsal müəssisəsi, 2 xidmət sahəsi olmaqla, ümumilikdə, 15 sahənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Belə ki, yeni yaradılmış istehsal müəssisələri tərəfindən süd məhsulları, çörək (lavaş), tərəvəz və sair məhsulların istehsalı həyata keçirilir. Yeni istehsal sahələrinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb, ümumilikdə, 15 istehsal və xidmət sahəsində 76 yeni iş yeri açılıb.

Məlumatda o da qeyd edilib ki, 2015-ci ilin yanvar-may ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına qida məhsulları üzrə ətin qovrulması, kompot, mürəbbə, turşu, unlu-qənnadı məmulatları istehsalı sahələrinin, toxumçuluq, arıçılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq və istixana təsərrüfatlarının, qarğıdalı əkininin, quş kəsimi sahəsinin, eyni zamanda qeyri-ərzaq məhsulları üzrə silikon yorğan-döşək və yataq bazası, müxtəlif ölçüdə və formada qızıl, gümüş zinət əşyaları, medal və nişanlar, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng məsaməli beton məmulatları istehsalı və müxtəlif növ xidmət sahələri olmaqla, 26 müxtəlif təyinatlı istehsal müəssisəsi, 7 müxtəlif növ xidmət sahələri, ümumilikdə, 33 sahə üzrə işlər davam etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR