22 Dekabr 2024, Bazar

Son dövrlərdə muxtar respublikada nağdsız ödənişlərin həcminin artırılması məqsədilə yeni POS-terminallar quraşdırılır, bu ödəniş sisteminin əhəmiyyəti ilə bağlı əhali arasında maarifləndirici tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikamızın rayonlarında da nağdsız əməliyyatların aparılmasına maraq artıb.
Kəngərli Rayon Vergilər Şöbəsindən aldığımız məlumata görə, 2015-ci ilin yanvar-aprel ayları ərzində əhali tərəfindən POS-terminallar vasitəsilə 207 min 305 manat həcmində ödəniş həyata keçirilib ki, ötən ilin müvafiq dövründə bu rəqəm cəmi 6703 manat təşkil edib. Rayon mərkəzində, qəsəbə və kəndlərdə quraşdırılmış 60 POS-terminalın 18-i “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə, 1-i Azərbaycan Beynəlxalq Bankına, 41-i isə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında muxtar respublikada 98 POS-terminal quraşdırılıb və bu göstərici 1 may 2015-ci il tarixə 965-ə çatdırılıb. Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, maliyyə əməliyyatlarında şəffaflığın qorunması, vergidənyayınma hallarının qarşısının alınması, ödəniş məbləğinin dəqiq aparılması, vaxt itkisinin aradan qaldırılması və digər bu kimi iqtisadi və sosial üstünlüklərə malikdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR