22 Dekabr 2024, Bazar

“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılıb. Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, Sahibkarlığa Kömək Fondundan 1 milyon 80 min manat dövlət maliyyə dəstəyi göstərilib.
İllik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılıb. Eyni zamanda 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə 50 min manat dövlət maliyyə dəstəyi göstərilib ki, bu vəsaitlə müəssisədə yeni istehsal sahəsi – istehsal gücü gündə 1000 kiloqram olan balığın duzlanması və qurudulması sexi tikilib.
İstehsal edilən pivənin vaxtında yerlərə çatdırılması və keyfiyyətlə saxlanılması üçün müəssisəyə “Hundai” markalı soyuducu kamerası olan avtomobil alınıb. Bundan başqa, xammalın saxlanılması üçün 288 kvadratmetrlik anbar inşa edilib, 50 min manat dəyərində Çexiya istehsalı olan pasterizator avadanlığı alınıb quraşdırılıb. Bu da istehsal edilən pivəni 6 ayadək saxlama imkanına malikdir.

Müəssisədə daha bir istehsal sahəsinin yaradılması – sərinləşdirici içkilərdən kvas və limonad istehsalı üçün Sahibkar­lığa Kömək Fondundan 2011-ci ilin avqust ayında 300 min manat güzəştli kredit ayrılıb, müasir tələblərə cavab verən istehsal sahələri inşa olunub. Burada gündəlik istehsal gücü 1 ton olan müasir texnoloji avadanlıqlar quraşdırılıb, 2012-ci ilin mart ayından kvas istehsalına başlanılıb. Kvas istehsalı üçün lazım olan xammal Rusiya Federasiyasından alınır, maqneziumsuz su isə Kəngərli rayonunun Çalxanqala kəndindəki bulaqlardan xüsusi maşınlarla daşınır. Yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilib, Gürcüstan Respublikasından limonad istehsalı sahəsində qabaqcıl təcrübəyə malik mütəxəssislər cəlb olunmaqla limonad istehsalına başlanılıb və istehsal sahəsi genişləndirilərək çeşidlərin sayı 5-ə çatdırılıb. Yeni istehsal sahələrinin yaradılması ilə müəssisədə 10, xidmət sahələrində isə 50 yeni iş yeri açılıb. Ümumilikdə, müəssisədə 35, xidmət sahələrində isə 200 nəfərdən çox işçi çalışır.
10 çeşiddə pivə istehsal etmək imkanı olan müəssisədə hazırda açıq və tünd olmaqla, 2 çeşiddə pivə istehsal olunur. İstehsal edilən pivə 0,33, 0,5 litrlik şüşə, 1 litrlik plastmas və 25, 50 litrlik çəlləklərdə, kvas 0,5, 1 litrlik plastmas, 25, 50 litrlik çəlləklərdə, limonad isə 0,5, 1 litrlik plastmas butulkalarda “Prestij” əmtəə nişanı ilə satışa çıxarılır. Onu da qeyd edək ki, müəssisədə texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur.
Gələcəkdə müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər regionlarında və xarici ölkələrdə də satışa çıxarılması planlaşdırılır. Artıq bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini verib, “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000 və İSO-9001 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu da “Prestij” əmtəə nişanı ilə satışa çıxarılan məhsulların yüksəkkeyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin təminatıdır.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR