22 Dekabr 2024, Bazar

Mayın 26-da Şərur Rayon İcra Hakimiyyətində rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilmişdir.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə qurulması işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirənin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır. Agentliyin Baş direktoru baş vermiş müxtəlif sığorta hadisələrindən konkret misallar gətirməklə sığortanın əhəmiyyətindən bəhs etmiş, vaxtında sığortalanmağın üstün cəhətlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ötən müddətdə Şərur rayonunda da bu istiqamətdə xeyli işlər görülmüş və nəticədə, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayı artmışdır.

Muxtar respublikamızda tətbiq olunan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də danışan Baş direktor bildirmişdir ki, Şərurda sığorta sahəsində görülmüş bu işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir sığorta obyekti sığorta olunmalıdır.
Tədbirə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vurmuşdur.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR