22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Yeni yaşayış binaları tikilir, mövcud binalar əsaslı şəkildə yenidən qurulur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhərində onlarla yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilib, əlavə mərtəbələr artırılıb, müasir kommunikasiya xətləri çəkilib. Yeni tikilən yaşayış binaları həm memarlıq, həm də rahatlıq baxımından diqqətçəkicidir. Şəhərimizin gözəlliyinə yeni rəng qatacaq belə yaşayış binalarından biri də Heydər Əliyev prospektində tikilir.
Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən tikilən yaşayış binasının təməli cari ilin may ayının əvvəlində qoyulub. Zirzəmi ilə birlikdə səkkiz mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində 210 kvadratmetrlik anbar, foye yerləşəcək. Birinci mərtəbəsində mağazaların fəaliyyət göstərəcəyi binanın digər mərtəbələrində hər mərtəbəyə bir mənzil olmaqla, cəmi 6 mənzil olacaq. 220 kvadratmetrlik mənzillərin hər birində 30 kvadratmetrlik üç yataq otağı, bir salon, foye və mətbəx yerləşəcək. Müasir üslubda inşa edilən binada hər mənzilin üç eyvanı olacaq.
Hazırda binanın birinci mərtəbəsində beton-qəlib işləri həyata keçirilir.

Naxçıvan şəhərinin İslam Səfərli küçəsində inşa olunan 400 yerlik avtomobil dayanacağı isə şəhərdə yüksək səviyyəli parkinq xidmətinin göstərilməsinə öz töhfəsini verəcək. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olan avtomobil dayanacağı üç korpusludur. Hazırda birinci korpusun son mərtəbəsində hörgü və suvaq işləri aparılır. İkinci korpusun daxilində suvaq işləri və fasad hissənin şüşə ilə üzlənməsi başa çatdırılıb, üçüncü korpusda isə beton-qəlib işləri həyata keçirilir. Dayanacaq binasının birinci korpusunda lift quraşdırılıb, ikinci korpusda isə lift quraşdırılması davam etdirilir.
“Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən inşası davam etdirilən obyektin tikintisi başa çatdırıldıqdan sonra ümumi sahəsi 5570 kvadratmetr olan avtomobil dayanacağının bütün mərtəbələrində avtoservis xidmətləri göstəriləcək. Yeni avtomobil dayanacağında yüksək səviyyəli parkinq xidmətini həyata keçirmək üçün hərtərəfli şərait yaradılacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR