22 Dekabr 2024, Bazar

Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da sosial-iqtisadi inkişafı təmin edib, quruculuq işləri geniş vüsət alıb, kənd yaşayış məntəqələrində şəhər rahatlığı yaradılıb.
İstifadəyə verilən yeni sosial obyektlər kəndlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunu da əhatə edib, rayonun əksər kənd­lərində yeni sosial obyektlər inşa olunub.
Bu tədbirlərin davamı olaraq, rayonun Oğlanqala kəndində məktəb binasının yenidən qurulması işlərinə başlanılıb. İnşaat işlərinin “Artay” inşaat şirkəti tərəfindən həyata keçirildiyi 468 şagird yerlik ikimərtəbəli binada sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları olacaq.

Məktəbin elektron tədris bazası gücləndiriləcək, kompüter dəst­ləri və elektron lövhələr şagirdlərin ixtiyarına veriləcək, internetə çıxış təmin olunacaq. Bu da dərslərin daha effektiv tədrisinə imkan verəcək. Məktəbdə yaradılacaq hər­bi kabinə ilkin hərbi hazırlıq dərslərinin səmərəli tədris olunmasını təmin edəcək. İdman zalında isə şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR