22 Dekabr 2024, Bazar

Bu il may ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin­də əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə əlaqədar keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
May ayının 19-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin təşkilatçılığı ilə “Araz” Elm-İstehsalat Birliyinin təsərrüfat sahəsində seminar keçirilib. Seminarın keçirilməsində məqsəd qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün birgə fəaliyyətin təşkili və bu məqsədlə elmi-praktik müzakirələrin aparılmasıdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Qadir Quliyev çıxış edərək yaşıllıqların, damcılı və çiləmə suvarma sisteminin, beton su kanallarının çəkilməsinin şoranlaşma və eroziya kimi ekoloji problemlərin aradan qaldırılması və torpaqların münbitliyinin qorunmasındakı əhəmiyyətindən danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Əsgər Həsənov torpaqların münbitliyinin artırılması sahəsində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mütəxəssisi Səttar Nəsirov mütərəqqi suvarma metodlarının tətbiq edilməsi, su kanallarının, arxların təmizlənməsi və su itkisinin qarşısının alınması, şoranlaşmaya qarşı meliorativ və hidrotexniki tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlərdən danışıblar.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-İstehsalat Birliyinin təsərrüfat sahələrində təcrübi-praktik iş aparılıb. Kənd təsərrüfatı əkinləri zamanı torpaqların münbitliyinin qorunması, torpaqlardan düzgün istifadə edilməsi, eroziya və şoranlaşmaya qarşı qabaqlayıcı ekoloji tədbirlərin görülməsi məqsədilə hazırlanmış tövsiyələr sahibkarlara paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR