22 Dekabr 2024, Bazar

Naxçıvan dəmiryolçuları verilən tapşırıqların icrasını vaxtında və layiqincə yerinə yetirir. Bunun nəticəsidir ki, bu sahədə xidmətin səviyyəsi getdikcə yüksəlir, yük və sərnişin qatarlarının fasiləsiz hərəkəti təmin olunur.
Bu ilin aprel ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 5 min 192 ton müxtəlif təyinatlı yük daşınmış, 11 min 696 sərnişin nəqliyyatın bu növündən istifadə etmişdir.
Yollarda təhlükəsizliyin təşkili fasiləsiz hərəkətin təmin olunmasında əsas amildir. Buna görə də baş və stansiya yollarına mütəmadi nəzarət edilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmişdir. Ötən ay Culfa lokomotiv deposunda elektrovozlar 1, teplovozlar isə 4 dəfə texniki baxışdan keçirilmiş, Culfa vaqon deposunda isə 3 vaqon təmir edilmişdir.

Stansiyalarda qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında rabitə və işarəvermə xidməti də mühüm rol oynayır. Buna görə də bu sahənin normal fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Aprel ayında da bu istiqamətdə müvafiq işlər görülmüş, 81 müxtəliftipli rele dəyişdirilmiş, Qıvraq stansiyasında istismara yararsız 2 işıqfor yenisi ilə əvəz olunmuşdur. Bundan başqa, qatar dispetçeri ilə maşinistlər arasında olan radio-rabitənin etibarlığını artırmaq məqsədilə lokomotivlərdə 3, stansiyalarda isə 4 ədəd müxtəliftipli blok dəyişdirilmişdir. Dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə alçaq və yüksəkgərginlikli elektrik ötürücüsü və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmışdır.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən aprel ayında Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad yol sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR