22 Dekabr 2024, Bazar

Muxtar respublikada yaşayış məntəqələrinin və istehsal sahələrinin təbii qazla fasiləsiz təmin olunması istiqamətində görülən tədbirlər davam etdirilir.
“Naxçıvanqaz” İstehsalat Birliyinin əməkdaşları istehlakçıların təbii qazla fasiləsiz təmin olunması məqsədilə mütəmadi tədbirlər görürlər. Aprel ayında abonentlər tərəfindən daxil olan müraciətlər əsasında 85 yeni mənzil, fərdi yaşayış evi və digər obyektlər qazlaşdırılmışdır. Həmçinin qaz istismarı idarələrinin qəza dispetçer xidmətlərinə təbii qaz istehlakçılarından 1688 çağırış daxil olmuş və bütün çağırışlara vaxtında gedilərək müvafiq tədbirlər görülmüşdür.
İstehsalat təlimatına və tərtib edilmiş tədbirlər planına əsasən, qaz təsərrüfatında, eləcə də avtomat qazpaylayıcı stansiyalarda istismarda olan kranlara, magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə, qaztənzimləyici şkaftipli qurğu və məntəqələrə, ölçü qovşaqlarına texniki baxış keçirilmiş, aşkar olunan çatışmazlıqlar aradan qaldırılmışdır. Ərazilər üzrə bütün sistem boyu qaz kəmərlərinə qazanalizatorlarla xətti nəzarət və texniki baxış keçirilmiş, 1937 halda sızma aşkarlanaraq aradan qaldırılmışdır.

Təbii qazdan istifadə zamanı təhlükəsizlik təlimatlarına riayət edilməsi ilə əlaqədar reydlər, maarifləndirmə tədbirləri aprel ayında da davam etdirilmiş, nöqsanlar aradan qaldırılmış, istismara yararsız 369 sayğac yenisi ilə əvəz edilmişdir. Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə şəhər, rayon Qaz İstismarı idarələrinin bir qrup işçisi Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan “qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsi üzrə kurslara cəlb olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR