22 Dekabr 2024, Bazar

Muxtar respublikada suvarma tədbirlərinin vaxtında aparılmasına diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi hidrotexniki qurğuları istismara yararlı vəziyyətə gətirir, meliorativ tədbirlər gücləndirilir. İstismarda olan bütün kanal, nasos və subartezian quyuları bu ilin suvarma mövsümünə tam hazır vəziyyətə gətirilmişdir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq rayon suvarma sistemləri idarələri tərəfindən aprel ayında 24,8 kilometr kanal, 45,3 kilometr ara arxları, 10 kilometr kollektor lildən təmizlənmiş, 11 kilometr yeni suvarma xətti çəkilmişdir. Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində 32 kilometr suvarma xətti çəkilmiş, 20,3 kilometr drenaj şəbəkəsi qurulmuşdur. Həmçinin ötən ay Araz çayında torpaqların yuyulmasının qarşısını almaq üçün 1 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır.

Ötən ay 70 subartezian quyusu təmir olunmuşdur. Şərur rayonunun Oğlanqala kəndini içməli su ilə təmin etmək məqsədilə Arpaçayda yeni subartezian quyusu qazılmışdır. Culfa rayonunun Bənəniyar kəndinin su təchizatını yaxşılaşdırmaq məqsədilə Əlincə çayında 240 metr kaptaj tikilmiş, kəndin içməli su xətti təmir olunmuşdur. Babək rayonunun Payız kəndində də kaptaj tikintisi və su xətlərinin bərpası işləri həyata keçirilmişdir. Ümumiyyətlə, aprel ayında muxtar respublika əhalisinin içməli su təminatının ödənilməsi istiqamətində görülən işlər çərçivəsində 5,3 kilometr yeni içməli su xətti çəkilmiş, 5,7 kilometr içməli su xətti təmir olunmuşdur. Aprel ayında 1 kəhriz tam bərpa olunaraq istismara verilmişdir. Hazırda 7 kəhrizdə təmir işləri davam etdirilir.
Naxçıvan şəhərində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 395 metr kanalizasiya şəbəkəsi tikilmiş, 31 ev kanalizasiya şəbəkəsinə qoşulmuş, 113 ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Rayon mərkəzi və ətraf kənd­lərində su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində isə Şahbuz rayonunda su anbarının, Culfa rayonunda sutəmizləyici qurğunun binasında tikinti və abadlaşdırma işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR