22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, “Kənd təsərrüfatı ili”ndə torpaq mülkiyyətçiləri bol məhsul istehsalı üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Bu cəhətdən muxtar respublika iqtisadiyyatında ən önəmli yer tutan taxılçılığın intensiv və ekstensiv üsullarla inkişafına xüsusi diqqət yetirilir. Məlumatda bildirilir ki, regionun torpaq mülkiyyətçiləri ötən ilin payızında cari ilin məhsulu üçün 30 min 166 hektar sahədə taxıl əkini aparıblar. Əkinlərə vaxtında və aqrotexniki qaydalarla qulluq göstərildiyindən sahələrdə normal cücərti alınıb.
Torpaq mülkiyyətçiləri yazlıq əkinləri də sürətlə davam etdirirlər. Belə ki, aprelin 24-dək şum qaldırılmış 9738 hektar sahənin 8350 hektarında müxtəlif kənd təsərrüfatı məhsulları əkilib. Əkilən sahələr suvarılıb. Şum qaldırılması və əkin kampaniyası, əkilmiş sahələrin suvarılması diqqət mərkəzindədir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR