22 Dekabr 2024, Bazar

Əhalinin rahat yaşayışına xidmət edən tədbirlər sırasında enerji tələbatının ödənilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə işlər mart ayında da uğurla yerinə yetirilmiş, elektrik stansiyalarının, transformator yarımstansiyalarının fasiləsiz işi, elektrik verilişi xətləri və avadanlıqlarının sazlığı diqqət mərkəzində saxlanılmışdır.
Payız-qış mövsümünə hazırlıq və cari təmir işlərinin aparılması nəticəsində mart ayı ərzində də elektrik enerjisi təchizatında heç bir çətinlik olmamış, Araz Su Elektrik Stansiyasında generatorlar 5-6 meqavat, Naxçıvan Modul Elektrik Stansiyasında 35-40 meqavat, Biləv Su Elektrik Stansiyasında 2-3 meqavat, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarında isə 1 meqavat gücündə işləmiş, işlədicilər fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunmuşdur. Bu dövr ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 35 milyon 221 min 300 kilovat-saat elektrik enerjisi daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik verilişi xətlərində, transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmış, yeni elektrik verilişi xətlərinin çəkilməsi, şəhər mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində tədbirlər davam etdirilmişdir. Ötən ay 35 meqavolt­-amper gücündə 110 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmış, son sınaq-sazlama işləri həyata keçirilmişdir. Babək rayonunun “Nehrəm” yarımstansiyasında da tikinti-quraşdırma işləri yekunlaşmış və mart ayının əvvəllərində şəbəkəyə qoşulmuşdur. Burada yeni bina tikilmiş, 6300 kilovoltluq transformatorlar və digər lazımi avadanlıqlar quraşdırılmış, növbətçi heyətin iş şəraiti xeyli yaxşılaşdırılmışdır.

Ümumiyyətlə, ötən ay muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 5 ədəd yeni transformator yarımstansiyası qurulmuş, 12 yarımstansiya əsaslı təmir edilmiş, 6 kilometr uzunluğunda elektrik verilişi xətləri çəkilmiş, 500 metr məsafədə hava elektrik verilişi xətti kabellərlə əvəz edilmişdir. Həmçinin Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 5 ədəd 10/0,4 kilovoltluq transformator əsaslı təmir olunaraq istismara verilmişdir. İstifadə olunan elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq və elektrik enerjisindən istifadə vəziyyətinin yoxlanılması üçün rəqəmsal elektron sayğacların quraşdırılması işləri davam etdirilmiş və mütəmadi reydlər keçirilmişdir. Bütün bunların nəticəsidir ki, ötən ay enerji itkisinə yol verilməmiş və elektrik enerjisi haqlarının sərfiyyata uyğun toplanmasına nail olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR