22 Dekabr 2024, Bazar

“Naxçıvanqaz” İstehsalat Birliyi bu ilin mart ayında da fəaliyyətini əhalinin tələbatına uyğun qurmuş, plan proqnoza tam əməl edilmişdir. Qaz nəqlinin fasiləsiz və itkisiz təşkili üçün istismar edilən avadanlıqların və boru xətlərinin sazlığı daim nəzarətdə saxlanılmışdır. İstehsalat təlimatına və tərtib edilmiş tədbirlər planına əsasən, ötən ay istismarda olan qaz kəmərlərinə və tənzimləyici qurğulara texniki baxış keçirilmiş, aşkar olunan nöqsanlar aradan qaldırılmışdır. Mənzillərin, ictimai təyinatlı binaların və digər obyektlərin daxili qaz kəmərləri, avadanlıqları mütəmadi olaraq yoxlanılmış, nəzarət-ölçü cihazlarına texniki xidmət göstərilmişdir. Yoxlamalar zamanı yararsız vəziyyətdə olan 217 qaz sayğacı istismardan çıxarılmış və yeni sayğaclar quraşdırılmış, təbii qazın təsdiq edilmiş texnoloji rejimə uyğun nəqli təmin olunmuşdur.

Qış mövsümündə təbii qaza olan tələbatın artması qaz nəqli sisteminin daha artıq yüklənməsinə səbəb olur. Buna görə də qaz təsərrüfatı sistemi bu dövrdə gərgin işləyir. Bu amil nəzərə alınaraq mart ayında da bir sıra işlər görülmüş, sistemin normal istismarı təmin edilmişdir. Bu dövrdə birliyin şəhər və rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətlərinə istehlakçılar tərəfindən ünvanlanan 1490 çağırışa uyğun müvafiq tədbirlər görülmüş, 2177 halda qaz sızmasının qarşısı alınmışdır.
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri və yeni fərdi evlərin tikilməsi qaz abunəçilərinin sayının da artmasına səbəb olur. Mart ayında daxil olan müraciətlər əsasında yerlərdə yeni qaz xətləri çəkilmiş və birləşmələr aparılmışdır. Ötən ay yeni qazlaşdırılan mənzillərin, fərdi evlərin və müxtəlif təyinatlı obyektlərin sayı 53 olmuşdur. Bu dövrdə yol tikintisi, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar 11 min 113 paqonometr müxtəlif diametrli qaz xətti çəkilmişdir. Həmçinin təbii qazdan səmərəli istifadə qaydalarının izah olunması, təhlükəsizlik tədbirlərinə əməl edilməsi və israfçılıq hallarına yol verilməməsi məqsədilə reydlər keçirilmiş, istehlakçılara təbii qazdan istifadə qaydaları izah olunmuş, aşkar olunan kənar müdaxilələrin qarşısı alınmışdır.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılmışdır. Hazırda şəhər və rayon Qaz İstismarı idarələrinin bir qrup işçisi Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi - çilingər” kursuna cəlb olunmuşdur.
Abonentlərin təbii qazla təmin olunması, xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər növbəti aylarda da davam etdiriləcəkdir.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR