22 Dekabr 2024, Bazar

Bir neçə ildir ki, quruculuq tədbirlərinin geniş vüsət aldığı muxtar respublikada əhalinin və nəqliyyatın təhlükəsizliyini və intensiv hərəkətini təmin edən yol tikintisi də üstün istiqamət verilən sahələrdən birinə çevrilib. Belə tədbirləri görəndə qeyri-ixtiyari olaraq “Abad yurd yolundan tanınar” deyimini xatırlayırsan.
Yolların əsaslı təmiri, yenidən qurulması və müasir standartlara cavab verməsi istiqamətində həyata keçirilən tədbirlər Babək rayonunu da əhatə edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına uyğun olaraq, rayonda 8 min nəfər sakinin yaşadığı 13 kənd yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 26 kilometr olan Hacıvar-Vayxır-Sirab avtomobil yolu ötən il istifadəyə verilib.
Cari ildə də rayonda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 27 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolu yenidən qurulur. Bu məqsədlə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb. Yol tikintisi “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Yenidən qurulan yol otuz bir min nəfər sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.
İş icraçısı Ramil Əsədov bildirdi ki, yolun yenidən qurulması üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub. Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İlk olaraq yolun genişləndirilməsi həyata keçirilib. Torpaq-bərkitmə işləri aparılıb, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulub. Yol kənarlarındakı kanallar və su arxları qaydaya salınır. Hazırda 20 kilometr məsafədə yola asfalt döşənməsi üçün son hazırlıq işləri görülür. İşin keyfiyyətlə yerinə yetirilməsinə və lazımi təhlükəsizlik qaydalarına əməl edilməsinə ciddi nəzarət olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR