22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərinin mənzərəsi ildən-ilə yeni tikililərin həyata vəsiqə qazanması ilə daha da gözəlləşir.
Qədimliklə müasirliyi özündə birləşdirən müxtəliftəyinatlı binaların tikintisi və ya mövcud binaların yenidən qurulması şəhərimizi gözəlləşdirməklə yanaşı, həm də ölkə­mizin iqtisadi gücünü təcəssüm etdirir. Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində tikilən hamam kompleksi və avtomobil dayanacağı, avtomobil hissələrinin satışı, eləcə də avtomobil bazarı üçün tikilən obyektlər belə tikililərdən olacaq.

12 min kvadratmetr ərazidə inşa olunan avtodayanacaq üçün tikilinin zirzəmi hissəsində 306 yerlik avtomobil dayanacağı, yuxarı hissədə isə 8540 kvadratmetr sahədə avtomobil satışını həyata keçirəcək bazar yerləşəcək. Maşın bazarının kənar hissələrində isə avtomobillərin ehtiyat hissələrinin satışı üçün nəzərdə tutulmuş mağazalar, elektrik, çilingər, yuyucu xidmətləri, yeməkxana və sair fəaliyyət göstərəcək. Obyektdə beton-qəlib işləri başa çatdırılıb, hazırda ikinci mərtəbədə mağazaların hörgüsü davam etdirilir.
2014-cü ilin mart ayından tikintisinə başlanılmış hamam kompleksində isə son tamamlama işləri görülür. 1100 kvadratmetr ərazini əhatə edən və Şərq memarlığının incəliklərini özündə əks etdirən kompleksdə qadın və kişilər üçün hər biri 305 kvadratmetr olmaqla hamam zalları, ayrılıqda 5 hamam otağı və soyunub-geyinmə otaqları yerləşir. Zirzəmi hissədə isə bufet, anbar, qazanxana, hamam aksesuarlarının satılacağı mağaza fəaliyyət göstərəcək. Hamamın su təminatı üçün 3 ədəd 75 tonluq su çənindən istifadə olunacaq.
Qeyd edək ki, hər iki obyektdə tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR