22 Dekabr 2024, Bazar

2015-ci ilin ilk 2 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli orqanları tərəfindən muxtar respublika ərazisində operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 23 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

 Məsələ ilə bağlı nazirliyin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyev bildirib ki, həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 3 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 6 vergi ödəyicisi tərəfindən isə xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi qeydə alınıb. Bundan başqa, bəhs edilən dövrdə valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilən qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları da operativ tədbirlər zamanı aşkara çıxarılan faktlar arasında olub. Bu ilin yanvar-fevral aylarında 5 nəfərin “fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 3 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması, 5 vergi ödəyicisinin isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı ilə məşğul olması nəzarət tədbirləri zamanı aşkar edilib və qarşısı alınıb.

Rəşad Əliyev onu da deyib ki, bu ilin ilk iki ayında keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu faktı qeydə alınıb. Həmin şəxs barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Aparılan operativ nəzarət işləri zamanı tərtib edilmiş 1625 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilib. Qeyd olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Müşahidə zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 1000 manat dövriyyə artımına nail olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR