22 Dekabr 2024, Bazar

Muxtar respublikada cari ilin yanvar-fevral aylarında 304 milyon 134 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,7 faiz artaraq 691,1 manata (840,2 ABŞ dollarına) çatmışdır.

 * * *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 156 milyon 909 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,3 faiz üstələmişdir.

 * * *

İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 157 milyon 590 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Cari ildə əsas kapitala yönəldilmiş investisiyaların 136 milyon 907 min manatı və ya 86,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2015-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8 milyon 378 min manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,5 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 6 milyon 979 min manat olmaqla bir il öncəki göstəricini 0,9 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-fevral ayları ərzində 12 milyon 681 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, 2014-cü ilin müvafiq dövründəki göstəricidən 5,2 faiz çoxdur. Bu dövr ərzində muxtar respublikada 3,2 min ton ət (diri çəkidə), 4,7 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 5,3 faiz, süd istehsalı 1,2 faiz artmışdır.

* * *

Əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 236 milyon 217 min manat, onun hər bir nəfərə düşən həcmi isə 0,9 faiz yüksələrək 536,7 manat təşkil etmişdir.

* * *

2015-ci ilin yanvar-fevral aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 391,7 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmışdır.

* * *

Muxtar respublika iqtisadiyyatının möhkəmlənməsində, hərtərəfli və dinamik inkişafında xüsusi rolu olan bank sektorunun normal fəaliyyəti təmin olunmuşdur. 1 mart 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 40777-yə çatmışdır ki, bunun da 37379-u və ya 91,7 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-fevral aylarında açılmış 2523 bank hesabının 2521-i və ya 99,9 faizi aktiv hesablar olmuşdur.
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 69 pos-terminal quraşdırılmış və bu göstərici 1 mart 2015-ci il tarixə 936-ya çatmışdır.

* * *

Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 41 milyon 469 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,9 faiz artaraq 36 milyon Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 74,1 faiz azalaraq 5 milyon 329 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 30 milyon 812 min Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.

* * *

Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 milyon 957 min manata yaxın kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,9 dəfə çoxdur.

* * *

Qeyd olunan dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 791,2 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 65,5 min manat və ya 9 faiz çoxdur.

* * *

2015-ci ilin yanvar-fevral aylarında muxtar respublikaya 40 min 476 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz və ya 752 nəfər çoxdur.

* * *

1 fevral 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4425 nəfər və ya 1 faiz artaraq 440101 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR