22 Dekabr 2024, Bazar

2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, cari ilin ilk yarımilində muxtar respublikada 471 milyon 580 min manat həcmində sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşüb. Dövlət sektorunda 32669 min manatlıq, qeyri-dövlət sektorunda isə 438911 min manatlıq sənaye məhsulu istehsal edilib. İstehsal olunan sənaye məhsullarının 93,1 faizi özəl sektorun payına düşüb.

Sənaye sahəsinin inkişaf etdirilməsi istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərə olan ehtiyacının ödənilməsidir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin ilk 6 ayında sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2 milyon 233 min 800 manat həcmində kredit verilib. Bu, bir il öncəki müvafiq göstəricidən 2,3 dəfə çoxdur. Bəhs edilən dövrdə muxtar respublikada dövlət dəstəyi ilə 22 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib və nəticədə, ilk yarımildə daxili tələbatdan artıq istehsal olunmuş 138 milyon 670 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR