22 Dekabr 2024, Bazar

Muzeylər ən böyük ziyarətgah olmaqla bərabər, həm də mənsub olduğu yurdun keçmişi və bu günü ilə bağlı ən böyük mənbə hesab edilir. Bəlkə də, buna görədir ki, turistlər xarici ölkələrə səfər etdikləri zaman ilk olaraq həmin ölkənin muzeylərinə üz tuturlar. Belə muzeylər isə aid olduğu xalqın tarixindən tutmuş etnoqrafiyası, məişəti, ümumiyyətlə, yaşam tərzi haqqında maraqlı məlumatlar verir. Muxtar respublikamızda bu muzeylər sırasına yaxın vaxtlarda əlavə olunacaq daha bir muzey şəbəkəsi isə bu diyarın qəhrəman övladlarının əziz xatirəsini özündə əks etdirəcəkdir. Belə ki, şəhərimizin ən müqəddəs məkanlarından birinə çevrilmiş Şəhidlər Xiyabanı ərazisində yeni muzey binasının tikintisi uğurla davam etdirilir.
Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən tikilən muzey binasının tikintisinə cari ilin mart ayından başlanılıb. İki mərtəbədən ibarət olan binada daxili suvaq işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda binanın birinci mərtəbəsində yerə daş döşənir, fasad hissə üzlük travertin daşla üzlənir. Ümumi sahəsi 245 kvadratmetr olan muzey binası hazır olduqdan sonra birinci mərtəbədə iş otaqları və mətbəx, ikinci mərtəbədə isə sərgi salonu yerləşəcək.
Şəhidlər Xiyabanında tikilən muzey binasında inşaat işləri başa çatdıqdan sonra bura ən çox ziyarət edilən ünvanlardan birinə çevriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR