22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilərək bir sıra uğurlu nəticələrə nail olunub. Əldə edilən nailiyyətlərdə bir neçə amil başlıca rol oynayıb. Əkin sahələrinin suvarılmasını təmin etmək üçün meliorasiya tədbirləri diqqətdə saxlanılıb, məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı xeyli yaxşılaşdırılıb. Muxtar respublikaya müxtəliftəyinatlı kənd təsərrüfatı texnikalarının gətirilməsi davam etdirilib. Ötən dövr ərzində məhsul istehsalçıları 3765,6 ton mineral gübrə ilə təmin olunublar. Proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 3 dəfə artaraq 46 milyon 419 min manata çatdırılıb. Bütün bunlar strateji məhsul sayılan taxıl istehsalına da öz təsirini göstərib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilib. Bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar çoxdur. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilib. Sahələrdə bol məhsul yetişdirilib. İyul ayının 21-dək olan məlumata görə, 32 min 84 hektar sahənin taxılı tədarük olunub. Hazırda taxıl biçini davam edir. Rayonlarda yaradılmış qərargahlar məhsul istehsalçılarının çətinliklərlə rastlaşmamaları üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Onu da qeyd edək ki, əkin sahələrində 91 kombayndan istifadə olunur.

Taxılın məhsuldarlıq göstəricisi muxtar respublikanın şəhər və rayonları üzrə bir hektardan orta hesabla 20-31 sentner intervalında müşahidə olunmaqdadır. Taxıl biçinini itkiyə yol verilmədən mütəşəkkil qaydada başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri  bəhrəsini verir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR