22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cari ilin ilk 6 ayı ərzində 392 ədədi ərzaq, 1286 ədədi qeyri-ərzaq olmaqla, cəmi 1678 ədəd məhsula uyğunluq sertifikatı verib.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunlardan 355 ədədi istehsal olunan məhsullara, 1323 ədədi xaricdən gətirilən məhsullara aiddir. Sertifikatların 289 ədədi milli, 307 ədədi dövlətlərarası, 1042 ədədi beynəlxalq standartlara, 32 ədədi təhlükəsizlik göstəricilərinə, 8 ədədi müəssisələr tərəfindən hazırlanmış texniki şərtlərə uyğun olaraq verilib.
Bildirilib ki, sertifikatların 39 ədədi kənd təsərrüfatı məhsullarına, 15 ədədi rabitə vasitələrinə, 70 ədədi avtomaşın ehtiyat hissələrinə, 3 ədədi qaz təsərrüfatında istifadə olunan sayğaclara, 1 ədədi qaz tənzimləyicisinə, 4 ədədi elektrik və 6 ədədi qaz qızdırıcılarına aiddir. 64 istehsal müəssisəsinə istehsal etdiyi sabit keyfiyyətli 137 adda məhsulu “AZS Milli Uyğunluq Nişanı” ilə nişanlamaq hüququ verilib. İki məhsulun köməkçi materiallarının müşayiətedici sənədləri və markalanması olmadığından, 2 müəssisədə istehsal olunan məhsul və 1 istehsalçı müəssisə tərəfindən idxal olunan xammal standartlara cavab vermədiyindən, 2 müəssisədə istehsal olunan 2 adda məhsulun markalanması texniki normativ-hüquqi aktların tələblərinə uyğun olmadığından uyğunluq sertifikatının verilməsi məqsədəuyğun hesab edilməyib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR