22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirdə hədiyyə qazanmış vətəndaşlara hədiyyələr təqdim olunub.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, vergi xidməti müşaviri Nurlan Əliyev açaraq nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərlə bağlı məruzə edib. Bildirilib ki, vergi və alıcılıq mədəniyyətini yüksəldən amillərdən biri də nağdsız hesablaşmaların həyata keçirilməsidir. Bu cür hesablaşmalarda əsas vasitə rolunu oynayan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcminin azaldılması məqsədilə tədbirlər görülməsi, habelə nağdsız əməliyyatların üstünlükləri haqqında maarifləndirici tədbirlərin həyata keçirilməsi hazırda davam etdirilməkdədir. Görülən işlərin nəticəsidir ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 iyul 2014-cü il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərində 646 ədəd POS-terminal quraşdırılıb ki, bunun da 398 ədədi cari ilin birinci yarısında tətbiq edilib.

Qeyd olunub ki, qarşıya qoyulmuş tapşırıqlardan biri də əhalinin Pos-terminallardan istifadə etməsi üçün müxtəlif həvəsləndirici tədbirlərin həyata keçirilməsidir. Satılan mallara, göstərilən xidmətlərə görə pul vəsaitlərinin nağdsız qaydada ödənilməsinin təmin olunması, bu işdə ictimaiyyətin gücündən istifadə edilməsi, beləliklə, vergidənyayınmanın qarşısının alınması məqsədilə altı ayda bir dəfə həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundovun və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyevin çıxışları olub.
Bildirilib ki, 2014-cü ilin ilk altı ayı ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə məlumatlar alınıb və bir sıra amillər nəzərə alınmaqla hədiyyələrin seçilməsi meyarları təsbit olunub. Belə ki, 150 manatdan 501 manatadək nağdsız əməliyyat aparan şəxslərə (20 nəfər) təqdim olunan hədiyyələrin dəyəri 45-55 manat, 501 manatdan 1001 manatadək əməliyyat aparanlara təqdim olunan hədiyyələrin dəyəri 65-75 manat (34 nəfər), 1001 manatdan 2001 manatadək nağdsız əməliyyat aparan şəxslər üçün hədiyyənin dəyəri 75-100 manat (17 nəfər), 2001 manatdan artıq məbləğdə nağdsız əməliyyat aparan şəxslər üçün isə hədiyyələrin dəyəri 260 manat (5 nəfər) təşkil edib. Hədiyyə qazanmış şəxslərin 15 nəfəri təhsil işçisi, 6 nəfəri səhiyyə işçisi, 12 nəfəri hərbi və hüquq-mühafizə orqanları əməkdaşı, 4 nəfəri tələbə, 7 nəfəri müxtəlif təşkilatlarda çalışan texniki işçi, 5 nəfəri təqaüdçü, 26 nəfəri dövlət qulluqçusu, 1 nəfəri isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
Sonra hədiyyələr sahiblərinə təqdim olunub. Nağdsız əməliyyatlara üstünlük verən vətəndaşlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR