22 Dekabr 2024, Bazar

Son illərdə muxtar respublikada yaradılan müəssisələr içərisində emal müəssisələrinin öz yeri var. Kənd təsərrüfatının inkişafında şərtləndirici mövqeyə malik bu müəssisələrin təşkili hər zaman diqqət mərkəzində saxlanılıb. Bu sahədə həyata keçirilən tədbirlərdən biri də Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşasıdır.
Hazırda burada ümumi sahəsi 790 kvadratmetr olan ikihissəli anbar binası və müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları üçün uzunluğu 102 metr, eni isə 12 metr olan qaraj kompleksi tikilir. Anbar binasında hörgü və suvaq işləri yekunlaşıb, pəncərələr salınıb, dam örtüyünün vurulması isə davam etdirilir. Qaraj kompleksində döşəmə salınıb, dəmir konstruksiyalı tavan örtüyünün vurulmasına başlanılıb.

“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi aparılan kompleks hazır olduqdan sonra burada toxum, qüvvəli yem və xammal anbarları fəaliyyət göstərəcək. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlərdə toxumun keyfiyyətlə və uzun müddətə saxlanılması mümkün olacaq. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, həm də digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR