22 Dekabr 2024, Bazar

Xarici bazarda “Sirab” mineral suyuna tələbat artıb

“Sirab” Mineral Sudoldurma Zavodunun bazasında yaradılan “Babək Sirab” Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilmişdir.

Müasir texnoloji avadanlıqlarla təmin olunmuş bu müəssisədə keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılmışdır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal həcminin artırılması və yeni istehsal sahəsinin – qazsız su istehsalı sahəsinin yaradılması üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin fevral ayında 700 min manat, aprel ayında isə 350 min manat güzəştli kredit ayrılmışdır. Bundan sonra bir sıra tədbirlər həyata keçirilmiş, müəssisədəki 625 kvadratmetr sahəsi olan binada əsaslı təmir və yenidənqurma işləri aparılmış, Türkiyə Respublikasının “Ersey Makina” şirkətindən istehsal gücü saatda 11 min ədəd 0,5, 9000 ədəd 1, 8000 ədəd 1,5 litrlik butulkalarda, 5 və 19 litrlik taralarda qazsız su olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmışdır. Müəssisədə müasir texnoloji avadanlıqlarla təmin olunmuş xüsusi bakterioloji laboratoriya istifadəyə verilmişdir. Yeni istehsal sexində lazerlə tarixvurma avadanlığı quraşdırılmışdır ki, bu da ölkəmizdə 3 böyük şirkətdə mövcuddur. Ümumilikdə, yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 1 milyon 350 min manat vəsait sərf olunmuşdur. Bunun da 300 min manatı daxili imkanlar hesabına ödənilmişdir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, mart ayında “Sirab premium” adında 4 çeşiddə qazlı və qazsız mineral su istehsalına başlanılmışdır. Qeyd edək ki, “Sirab premium” adı ilə satışa çıxarılan mineral su yüksək keyfiyyəti və qablaşdırma üsulu ilə seçilir.
Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərən kollektiv cari ilin ilk 6 ayında 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,33, 0,5 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, 3 milyon 464 min 474 ədəd butulka mineral su istehsal etmişdir ki, bunun da 153 min 745 ədədi sifarişə uyğun olaraq muxtar respublika ərazisində, 2 milyon 492 min 742 ədədi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə yola salınmış, 817 min 987 ədədi isə Rusiya Federasiyasına, Ukrayna, Belarus, Türkiyə və Latviya respublikalarına göndərilmişdir. Beləliklə, istehsal olunan ümumi məhsulun 5 faizi muxtar respublikada, 71 faizi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində, 24 faizi isə xarici ölkələrdə satışa çıxarılmışdır.
Gələcəkdə digər xarici ölkələrdə də “Sirab” suyunun satışa çıxarılması nəzərdə tutulur.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR