Etibarlı ərzaq təminatı muxtar respublikada iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərti, o cümlədən iqtisadi təhlükəsizliyimizin mühüm komponentlərindən biridir. Bu istiqamətdə həyаtа kеçirilən islаhаtlаr muxtar rеspublikа əhаlisinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsını, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfını ön plana çıхаrmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tаriхli Sərəncаmı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” ərzaq təhlükəsizliyi üzrə yeni inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinin nəticəsidir ki, torpaqların münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında az məhsuldar və istifadəsiz torpaqlar yaxşılaşdırılmaqla əkin dövriyyəsinə cəlb edilmişdir. Su anbarlarına suyun yığılması, kollektor və drenaj şəbəkələrinin inşası və təmiri, yeni kanalların tikintisi, nasos stansiyalarının təmiri və yararsız suvarma xətlərinin yenilənməsi işləri davamlı aparılmaqla suvarma suyuna olan tələbat tam şəkildə təmin edilməkdədir.
Ötən 6 ay ərzində meliorasiya işlərini yerinə yetirən müxtəliftəyinatlı müasirtipli maşın-mexanizmlər alınmış, Uzunoba Su Anbarı yenidən qurulmuş, 2 nasos stansiyası tikilmiş, 3 kəhriz təmir olunmuşdur. Bundan əlavə, muxtar respublikada çayətrafı torpaqların yuyulmasının qarşısının alınması istiqamətində davamlı olaraq sahilbərkitmə işləri aparılmaqdadır.
Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 165 ədədi 2014-cü ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1410 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir.
Muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının dinamik inkişafı üçün də səmərəli kredit mexanizmi formalaşdırılmışdır. 2014-cü ilin ilk 6 ayında bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 8 milyon 404 min manat həcmində kreditlər verilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövründəki göstəricidən 3,6 dəfə çoxdur. 2014-cü ilin ötən dövrü ərzində verilmiş kreditlərin 2 milyon 210 min 490 manatı və ya 26,3 faizi bitkiçilik sahəsinin payına düşmüşdür.
Ümumilikdə, 2008-ci ildən 1 iyul 2014-cü il tarixədək olan dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 87 milyon 555 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur ki, bunun da 20 milyon 919 min manatı və ya 23,9 faizi taxılçılığın, 7 milyon 415 min manatı və ya 8,5 faizi kartofçuluğun inkişafına yönəldilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının inkişafına xidmət edən infrastrukturun, texnika parkının, səmərəli kredit təminatının və sığorta sisteminin gücləndirilməsi əkinçiliyin inkişafına əlverişli şərait yaratmışdır. 2014-cü ilin məhsulu üçün muxtar respublikada 60829 hektar sahədə əkin aparılmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 702 hektar, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı”nın qəbulundan bir il öncəki – yəni 2007-ci ildəki müvafiq göstəricidən isə 11432,5 hektar çoxdur.
Muxtar respublikada əkin sahəsinin dinamikası,
min hektarla
2014-cü ilin məhsulu üçün əkilmiş əkin sahəsinin 29697,7 hektarını və ya 48,8 faizini payız əkini, 26694 hektarını və ya 43,9 faizini yaz əkini, 4437,3 hektarını və ya 7,3 faizini isə əvvəlki illərin çoxillik otları təşkil etmişdir.
Əkin sahəsinin 62,2 faizini və yaxud 37862,7 hektarını dənli və dənli-paxlalı bitkilər, 1,7 faizini və yaxud 1046 hektarını dən üçün qarğıdalı, 0,4 faizini və ya 264 hektarını dən üçün günəbaxan, 4,9 faizini və ya 2962 hektarını kartof, 10,1 faizini və ya 6125 hektarını tərəvəz, 4,5 faizini və ya 2744 hektarını ərzaq üçün bostan bitkiləri, 8,9 faizini və ya 5388 hektarını cari ilin çoxillik və birillik otları, 7,3 faizini və ya 4437,3 hektarını isə əvvəlki illərin çoxillik otları təşkil etmişdir.
2014-cü ilin məhsulu üçün əkilmiş 60829 hektar sahənin 2093 hektarı və ya 3,4 faizi Naxçıvan şəhərinin, 17112 hektarı və ya 28,1 faizi Şərur rayonunun, 15664 hektarı və ya 25,8 faizi Babək rayonunun, 8226 hektarı və ya 13,5 faizi Culfa rayonunun, 3932 hektarı və ya 6,5 faizi Ordubad rayonunun, 7573 hektarı və ya 12,4 faizi Kəngərli rayonunun, 2655 hektarı və ya 4,4 faizi Şahbuz rayonunun, 3574 hektarı və ya 5,9 faizi Sədərək rayonunun payına düşmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat vəsaitin verilməsi təmin olunmuş, həmçinin hər hektar sahə üçün tələb olunan mineral gübrələrin 50 faiz güzəştlə satışı həyata keçirilmişdir ki, bu da muxtar respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının səmərəsinin yüksəldilməsinə şərait yaratmış və məhsul istehsalçılarının bu sahəyə marağını artırmışdır.
Muxtar respublikada məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi məqsədilə toxumçuluq təsərrüfatlarının yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
Cari ilin ötən dövrü ərzində yeni toxumçuluq təsərrüfatı tərəfindən 400 hektardan artıq sahədə toxumluq buğda əkini həyata keçirilmişdir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmaqdadır. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, həm də digər kənd təsərrüfatı bitkiləri toxumunun da satışının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
2014-cü ilin məhsulu üçün muxtar respublikada 35749,7 hektar sahədə taxıl əkini aparılmışdır ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 11761,7 hektar və ya 49 faiz çoxdur. Bu dövr ərzində buğda əkini sahəsi 8157,1 hektar artaraq 26274,1 hektara, arpa əkini sahəsi isə 3604,6 hektar artaraq 9475,6 hektara çatmışdır. Ötən dövr ərzində buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə əkilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi, son dövrlər ərzində buğdanın yüksək qiymətlə məhsul istehsalçılarından birbaşa satın alınması və 27 min ton taxılı saxlamağa imkan verən anbarın yaradılması bu sahədə intensivliyi daha da artırmışdır. Muxtar respublika üzrə taxıl əkininin çox hissəsi – 10364,8 hektarı və ya 29 faizi Babək rayonunun, 9184,1 hektarı və ya 25,7 faizi Şərur rayonunun payına düşmüşdür.
Cari ilin məhsulu üçün muxtar respublikada 1046 hektar sahədə dən üçün qarğıdalı əkini aparılmışdır ki, bu da 2007-ci ildəki əkilmiş sahədən 357,5 hektar çoxdur. Dən üçün qarğıdalı əkininin 623 hektarı və ya 59,6 faizi Şərur rayonunun, 125 hektarı və ya 12 faizi Culfa rayonunun ərazilərində aparılmışdır.
2014-cü ilin məhsulu üçün 264 hektar sahədə dən üçün günəbaxan əkini aparılmışdır ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 31 hektar və ya 13,3 faiz çoxdur. Dən üçün günəbaxan əkininin 113 hektarı və ya 42,8 faizi Kəngərli rayonunun, 85 hektarı və ya 32,2 faizi Babək rayonunun payına düşmüşdür.
Muxtar respublikada bitkiçiliyin əsas sahələrindən biri olan kartofçuluğun inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)” təsdiq olunmuş və bu sahə üzrə konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Proqramın icrası uğurla başa çatdırılmışdır. 2014-cü ilin məhsulu üçün muxtar respublikada 2962 hektar sahədə kartof əkini aparılmış və bu göstərici 2007-ci ildəki müvafiq göstəricidən 467 hektar və ya 18,7 faiz, kartofçuluğun inkişafı üzrə Dövlət Proqramının qəbulundan bir il öncəki, yəni 2004-cü ildəki müvafiq göstəricidən isə 1360 hektar və ya 85 faiz çoxdur. Kartof əkininin 752 hektarı və ya 25,4 faizi Şərur rayonunda, 573 hektarı və ya 19,3 faizi Ordubad rayonunda qeydə alınmışdır.
Muxtar respublikada əhalinin yerli meyvə və tərəvəz məhsulları ilə etibarlı təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” da məhz bu baxımdan strateji məqsədləri çoxcəhətli təşviq etməkdədir. Dövlət proqramının qəbulu bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə və tərəvəz istehsalının inkişaf etdirilməsini, yüksək istehlak xüsusiyyətlərinə malik yeni meyvə bağlarının salınmasını, onların ixtisaslaşdırılmasını, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasını, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasını əsas məqsəd kimi müəyyənləşdirmiş və bu istiqamətdə tədbirlər hazırda davam etdirilməkdədir. Görülmüş tədbirlərin nəticəsində 2014-cü ilin məhsulu üçün muxtar respublikada 6125 hektar sahədə tərəvəz əkini aparılmışdır ki, bu da müvafiq dövlət proqramının qəbul olunduğu ildən bir il öncəki – yəni 2011-ci illə müqayisədə 81 hektar, 2007-ci ildəki müvafiq göstəricidən isə 253,5 hektar çoxdur. Tərəvəz əkininin yarısından çoxu – 1932 hektarı və ya 31,5 faizi Babək rayonunun, 1569 hektarı və ya 25,6 faizi Şərur rayonunun payına düşmüşdür. 2013-cü ilin sonuna muxtar respublikada meyvə və giləmeyvə əkmələrinin sahəsi bir il öncəyə nisbətən 93 hektar artırılaraq 4328 hektara çatdırılmışdır.
2014-cü ilin məhsulu üçün 2744 hektar sahədə ərzaq üçün bostan bitkilərinin əkini aparılmışdır. Əkin sahəsinin 1505 hektarı və ya 54,8 faizi Babək rayonunda, 471 hektarı və ya 17,2 faizi Şərur rayonunda qeydə alınmışdır.
Cari ilin məhsulu üçün muxtar respublikada 5388 hektar sahədə çoxillik və birillik otlar əkilmişdir ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 240 hektar və ya 4,7 faiz çoxdur. 5388 hektar sahənin 5098 hektarını cari ilin çoxillik, 290 hektarını isə cari ilin birillik otları təşkil etmişdir. Əkin sahəsinin 3035 hektarı və ya 56,3 faizi Şərur rayonunun, 711 hektarı və ya 13,2 faizi Babək rayonunun payına düşmüşdür. Bundan əlavə, 2014-cü ilin məhsulu altında 4437,3 hektar sahədə əvvəlki illərdə əkilmiş çoxillik otlar qeydə alınmışdır.
Həyata keçirilən səmərəli siyasətin nəticəsi kimi 2013-cü ildə muxtar respublikada 337 milyon 127 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 2,8 dəfə çoxdur. Bu dövr ərzində bitkiçilik məhsullarının istehsalı isə 3,2 dəfə artmışdır.
Aparılan təhlillər deməyə əsas verir ki, ötən dövr ərzində muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, səmərəli kredit mexanizminin qurulması, dövlət yardımlarının verilməsi və bu sahə üzrə aqrotexniki tədbirlərin səviyyəsinin yüksəldilməsi kənd təsərrüfatı sahəsinin dinamik inkişafına zəmin yaratmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti