22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına müsbət təsir göstərmiş, ötən dövr ərzində daxili bazarın yerli məhsullara olan tələbatının ödənilməsində mühüm rol oynamışdır. Bu sırada taxılçılıqda qazanılan uğurları xüsusi qeyd etmək və uğurların qazanılmasında həyata keçirilən bir sıra tədbirləri də vurğulamaq lazımdır.
27 min ton taxılı uzun müddətə, 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən taxıl ehtiyatı anbarlarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.

Kənd təsərrüfatı üzrə ümumi inkişafı sürətləndirən mühüm amillərdən biri də müasir texnikalardan istifadə olunmasıdır. Bu vacib məsələ diqqətdə saxlanılmış, taxıl biçinini optimal müddətdə başa çatdırmaq üçün mövcud kombaynlara baxış keçirilmiş, həmin texnikalar işlək vəziyyətə gətirilmiş, ehtiyat hissələri tədarük olunmuşdur. Hazırda sahələrdə 75 kombayndan istifadə edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, muxtar respublikada həyata keçirilmiş tədbirlər nəticəsində 2014-cü ilin məhsulu üçün 60829 hektar sahədə əkin aparılmışdır. Bu da bir il öncəki müvafiq göstəricidən 702 hektar çoxdur. Ümumi əkin sahəsinin 35749,7 hektarını və ya 58,8 faizini taxıl əkini təşkil etmişdir. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar artmışdır. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilmişdir.
Taxıl əkilmiş sahələrin 10364,8 hektarı və ya 29 faizi Babək rayonunun, 9184,1 hektarı və ya 25,7 faizi Şərur rayonunun, 5085,6 hektarı və ya 14,2 faizi Culfa rayonunun, 4277 hektarı və ya 12 faizi Kəngərli rayonunun, 2147,9 hektarı və ya 6 faizi Ordubad rayonunun, 2130,2 hektarı və ya 6 faizi Sədərək rayonunun, 1331 hektarı və ya 3,7 faizi Şahbuz rayonunun, 1229,1 hektarı və ya 3,4 faizi Naxçıvan şəhərinin payına düşmüşdür.
Hazırda muxtar respublikada taxıl yığımı davam edir. 7 iyul 2014-cü il tarixə 18538 hektar sahədə taxıl biçini aparılmışdır ki, bu da ümumi taxıl əkini sahəsinin 51,9 faizini təşkil edir.

Taxıl biçini haqqında məlumat, hektar

Taxılın məhsuldarlıq göstəricisi muxtar respublikanın şəhər və rayonları üzrə bir hektardan orta hesabla 19-30 sentner intervalında müşahidə olunmaqdadır.
Göründüyü kimi, nəticələr ürək­açandır. Bu da o deməkdir ki, torpaq mülkiyyətçilərinin, sahibkarların ötən il payızdan çəkdikləri zəhmət hədər getməmiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Taxıl yığımı sürətlə davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR