Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 26274,1 hektarı buğda, 9475,6 hektarı arpa olmaqla, 35749,7 hektar sahədə taxıl əkilib. Növbəti taxıl tədarükü mövsümünə bir neçə gündür ki, start verilib.
Operativ məlumatda bildirilir ki, taxıl istehsalçıları sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstəriblər. Odur ki, zəmilərdə bol məhsul yetişib. Bu günədək 554 hektarın məhsulu tədarük olunub ki, bunun da 61 hektarını buğda, 493 hektarını arpa təşkil edir. Sahələrdən 103,5 ton buğda, 940,1 ton arpa olmaqla, ümumillikdə, 1043,6 ton məhsul götürülüb. Hazırda sahələrdə 43 kombayn işləyir.
Taxıl tədarükündə Babək rayonu öndə gedir. Bu bölgədə 177 hektar sahədə biçin başa çatdırılıb. Ordubadlı taxılçılar, hələlik, 166 hektar sahənın məhsulunu tədarük ediblər. Kəngərlidə 110, Culfa rayonunda 101 hektar sahədən məhsul götürülüb.
Xəbərlər şöbəsi