22 Dekabr 2024, Bazar

İqtisadi inkişafın əsas göstəricisi kimi 783 milyon 975 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,5 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,3 faiz artaraq 1797,3 manata (2291,6 ABŞ dollarına) çatmışdır.

*    *    *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 377 milyon 93 min manata yaxın həcmdə məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,7 faiz üstələmişdir.

*    *    *

Dinamik infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 412 milyon 961 min manat həcmində investisiya yönəldilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 1,4 faiz artmışdır.

*    *    *

İnformasiya cəmiyyətinin inkişafına paralel olaraq davamlı artan informasiya və rabitə xidmətlərinin həcmi 18 milyon 792 min manatdan çox olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 15 milyon 762 min manata yaxın olmuş və bir il öncəki göstəricini 1,1 faiz üstələmişdir.

*    *    *

İqtisadi inkişafın prioritet istiqaməti kimi ərzaq təhlükəsizliyinin təminatı üzrə səmərəli ərzaq balansı formalaşdırılmaqdadır. Bu dövr ərzində 42 milyon 621 min manatdan çox həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 6,3 faiz üstələmişdir. Cari ilin yanvar-may aylarında muxtar respublikada 7,6 min ton ət (diri çəkidə), 33,6 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 0,3 faiz artmışdır.

*    *    *

Əhalinin artan gəlirlərinin davamlılığının təmin olunması və onun inflyasiyadan qorunması üzrə səmərəli mexanizmlərin tətbiqi ardıcıl təşviq olunmaqdadır. Cari ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 616 milyon 264 min manat, onun hər bir nəfərə düşən həcmi isə 2 faiz yüksələrək 1412,8 manat təşkil etmişdir.

*    *    *

İqtisadi siyasətin əsas hədəflərindən biri kimi əməkhaqlarının davamlı artımı təşviq olunur və bu məqsədlə, ilk növbədə, sahibkar­lığın inkişafına ciddi dəstək verilir. 2014-cü ilin yanvar-may aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 380,2 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artmışdır.

*    *    *

Dərinləşən iqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 iyun 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 28271-ə çatmışdır ki, bunun da 25353-ü və ya 89,7 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-may ayları ərzində açılmış 7992 bank hesabının 7934-ü və ya 99,3 faizi aktiv hesablardır.

*    *    *

İqtisadi inkişafın yüksək templəri, öz növbəsində, xarici ticarət həcminin və onun coğrafiyasının genişlənməsini təmin etməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 166 milyon 635 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur ki, bu da bir il öncəki göstəricini 0,4 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 14,5 faiz artaraq 119 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 71 milyon ABŞ dollarından çox həcmdə müsbət saldo yaranmışdır.

*    *    *

Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 23 milyon 357 min manatdan çox həcmdə kreditlər verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 15,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR