22 Dekabr 2024, Bazar

İyunun 10-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Araz Azad Ticarət Zonası ilə tanışlıq məqsədilə İran İslam Respublikasında səfərdə olmuşdur.
Qonaqları İran İslam Respublikasının Culfa Gömrük Məntəqəsində Araz Azad Ticarət Zonasının rəhbəri Mohsen Khadem Arab-Baghi qarşılamışdır.
Sonra Araz Azad Ticarət Zonasının inzibati binasında nümayəndə heyətlərinin ikitərəfli görüşü olmuşdur. Görüşdə çıxış edən Araz Azad Ticarət Zonasının rəhbəri dəvəti qəbul etdiklərinə görə Naxçıvan nümayəndə heyətinə minnətdarlıq etmiş və ticarət zonası haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 54 min hektar sahəsi olan ticarət zonası 2000-ci ildə yaradılmışdır. Haliyədə burada 82 istehsal müəssisəsi fəaliyyət göstərir. 100 yeni istehsal sahəsinin yaradılması istiqamətində isə işlər davam etdirilir.

Ticarət zonasında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olan sahibkarların fəaliyyəti və muxtar respublikada istehsal olunan məhsulların satışı üçün də hərtərəfli şərait vardır.
Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə minnətdar­lıq edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş qarşılıqlı əlaqələrin bu gün uğurla inkişaf etdirildiyini diqqətə çatdırmış, muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, muxtar respublika iqtisadiyyatının aparıcı sahəsini özəl sektor təşkil edir. Ümumi Daxili Məhsul istehsalında sahibkarlığın payı 87,2 faizə bərabərdir. Hazırda Naxçıvanda 438 sənaye müəssisəsi fəaliyyət göstərir, 346 növdə məhsul istehsal olunur, 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 2013-cü ildə 37 xarici ölkə ilə ticarət əlaqəsi qurulmuş, bunun da nəticəsində muxtar respublikanın xarici ticarət dövriyyəsi 511 milyon ABŞ dollarına bərabər olmuşdur. Hazırda muxtar respublikada 86 xarici və birgə investisiyalı müəssisə fəaliyyət göstərir ki, onlardan 4-ü İran İslam Respublikasında olan iş adamlarına məxsusdur.
Famil Seyidov muxtar respublikada iqtisadi zonaların bir növü olan sənaye parklarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirmiş, muxtar respublikanın gələcəkdə İran İslam Respublikasının sahibkarları ilə birlikdə layihələrin reallaşdırılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.
Daha sonra nümayəndə heyəti Araz Azad Ticarət Zonasında azərbaycanlı iş adamı tərəfindən yaradılan polietilen torba istehsalı müəssisəsinə baxmış, Neftayırma və “Amiko” maşınqayırma zavodları ilə tanış olmuşdur.
Görüşdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşı Şahin Əhməd­ov iştirak etmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR