22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın əsas göstəricisi qismində 584 milyon 99 min manatlıq Ümumi Daxi­li Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,8 faiz artaraq 1339,7 manata (1707,9 ABŞ dollarına) çatmışdır.

*    *    * 

Hazırda muxtar respublika iqtisadiyyatının lokomotivi sayılan sənaye sahəsində 283 milyon 363 min manatdan çox məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,2 faiz üstələmişdir.

*    *    *  

Dinamik infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 304 milyon 756 min manatdan çox həcmdə investisiya yönəldilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 1,4 faiz artmışdır.

*    *    * 

İnformasiya cəmiyyətinin inkişafına paralel olaraq davamlı artan informasiya və rabitə xidmətlərinin həcmi 15 milyon 273 min manatdan çox olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 835 min manatdan çox olmuş və bir il öncəki göstəricini 1 faiz üstələmişdir.

*    *    * 

İqtisadi inkişafın prioritet istiqaməti kimi ərzaq təhlükəsizliyinin təminatı üzrə səmərəli ərzaq balansı formalaşdırılmaqdadır. Bu dövr ərzində 31 milyon 799 min manat həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 5,8 faiz üstələmişdir. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 6,7 min ton ət (diri çəkidə), 23,7 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 2 faiz, süd istehsalı 0,3 faiz artmışdır.

*    *    * 

Əhalinin artan gəlirlərinin davamlılığının təmin olunması və onun inflyasiyadan qorunması üzrə səmərəli mexanizmlərin tətbiqi ardıcıl təşviq olunmaqdadır. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 448 milyon 211 min manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 1028 manat təşkil etmişdir.

*    *    * 

İqtisadi siyasətin əsas hədəflərindən biri kimi əməkhaqlarının davamlı artımı təşviq olunur və bu məqsədlə, ilk növbədə, sa­hibkarlığın inkişafına ciddi dəstək verilir. 2014-cü ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 378,1 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artmışdır.

*    *    * 

Dərinləşən iqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 may 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 26939-a çatmışdır ki, bunun da 24023-ü və ya 89,2 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-aprel ayları ərzində açılmış 6661 bank hesabının 6603-ü və ya 99,1 faizi aktiv hesablardır.

*    *    * 

İqtisadi inkişafın yüksək templəri, öz növbəsində, xarici ticarət həcminin və onun coğrafiyasının genişlənməsini təmin etməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 129 milyon 72 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur ki, bu da bir il öncəki göstəricini 0,3 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 17,3 faiz artaraq 93 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 58 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.

*    *    *

Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 17 milyon 794 min manatdan çox həcmdə kreditlər verilmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR