22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Babək rayonunun Qaraqala kəndində torpaq mülkiyyətçisi Faiq Bayramova məxsus kartof sahəsində tarla seminar müşavirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq müşavirənin məqsədi barədə məlumat vermiş, bölgənin iqtisadiyyatında kartofçuluğun xüsusi yeri olduğunu bildirmiş, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin hərtərəfli qayğı ilə əhatə edildiklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev aqrar sahədə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışmışdır.
Nazirliyin mütəxəssisləri Əsgər Həsənov və Bəybala Rüstəmov kartof bitkisinin becərilməsində tətbiq olunan aqrotexniki tədbirlər, zərərverici və xəstəliklərə qarşı mütərəqqi üsullar haqqında məlumat vermişlər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmış, seminar iştirakçılarına buklet-informasiya kitabçaları paylanmışdır.
Qeyd edək ki, belə seminar-müşavirələr digər yaşayış məntəqələrində də keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR